"Rublun zəifləməsi dövrü artıq başa çatıb. İndi onun möhkəmlənməsi tendensiyası müşahidə olunur”.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya maliyyə naziri Anton Siluanov Federasiya Şurasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, 1998-ci il defoltundan bəri rublun kursunda ən böyük enmə ötən həftə müşahidə olunub. Dolların məzənnəsinin dekabrın 23-də 80,1 rubla, avronun isə 100,74 rubla çatdığını deyən nazir artıq bu prosesin başa çatdığını qeyd edib: "Fikrimizcə, artıq rubl möhkəmlənməkdədir”.
.