ABŞ dövlət katibi Marko Rubio avqustun 21-də Ukrayna və bir sıra Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə “diplomatik danışıqlar” aparacaq.

Bu barədə məlumatı "The New York Times" qəzeti Tramp administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən yayıb.

Qəzetin məlumatına görə, Rubionun Ukrayna və Avropadakı müttəfiq ölkələrin həmkarları ilə görüşü cümə axşamı baş tutacaq və sülh prosesinin detalları müzakirə olunacaq.

Mənbə görüşün formatı və yerini açıqlamayıb.

.