
ABŞ dövlət katibi Marko Rubio bu gün Ukrayna nümayəndə heyəti və Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olmağın vacibliyi barədə ABŞ-nin mövqeyini xatırladıb.
Yenizaman "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
"Üç nümayəndə heyəti müharibənin sülh yolu ilə həllinin vacibliyini müzakirə edib. Dövlət katibi insan itkisinə son qoymağın zəruriliyi ilə bağlı ABŞ-nin mövqeyini xatırladıb", - məlumatda bildirilib.
.