ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə razılaşmanın əldə edilməsi ərəfəsində deyil, sazişə qədər hələ uzun yol qət etmək lazımdır, lakin müəyyən irəliləyiş əldə edilib.

Bu barədə "ABC News" telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Biz potensial razılaşma sahələrini müəyyən etmək mənasında irəliləyiş əldə etmişik, lakin bəzi ciddi fikir ayrılıqları qalır. Beləliklə, hələ uzun yol qət etməliyik. Mən demək istəyirəm ki, biz sülh sazişinin astanasında deyilik. Lakin mən, həqiqətən, hesab edirəm ki, irəliləyiş əldə edilib", - deyə ABŞ dövlət katibi bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Putin rəsmi Kiyevdən Donbass üzərində nəzarəti Moskvaya verməsini və atəşkəs olmadan sülh sazişi bağlamasını tələb edib. Ukrayna Preizdenti Volodimir Zelenski Ukraynanın hər hansı bir ərazisinin verilməsi məsələsinin müzakirə edilməyəcəyini vurğulayıb.

.