Cəbhədə aktiv döyüşlər dayandırılmayana qədər Ukraynada müharibənin dayandırılması ilə bağlı substantiv danışıqlar başlaya bilməz.

 

Bu barədə ABŞ dövlət katibi Marko Rubio “CBS News” telekanalına müsahibəsində danışıb.

 

Onun sözlərinə görə, ABŞ-nin Ukraynada sülhə nail olmaq strategiyası “A planı” və “B planı” adlandırdığı iki əsas mərhələni əhatə edir.

 

“A planı atəşi dayandırmaqdan ibarətdir. B planı isə bu müharibəni əbədi olaraq sona çatdırmaq məqsədilə bir yol tapmaq üçün masa arxasına keçməsidir”, - Rubio vurğulayıb.

 

O, etiraf edib ki, Amerika planının ikinci mərhələsini həyata keçirmək asan deyil.

 

Lakin Rubio əmindir ki, birinci mərhələ başa çatmayana qədər ikinciyə yaxınlaşmaq mümkün olmayacaq.

.