
ABŞ administrasiyası Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini mümkün variantlardan biri kimi nəzərdən keçirir.
Bu barədə “Bloomberg” agentliyi ABŞ dövlət katibi Marko Rubionun Kuala-Lumpurda Rusiya XİN başçısı Sergey Lavrovla danışıqlardan sonra söylədiklərinə istinadən məlumat yayıb.
"Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi mövcud bir variantdır", - o bildirib.
M.Rubio S.Lavrovla Ukraynada nizamlanmaya yeni yanaşmanı müzakirə etdiyini və bu barədə ABŞ Prezidentı Donald Trampa məlumat verəcəyini söyləyib.
Dövlət katibi, həmçinin qeyd edib ki, ABŞ Ukrayna münaqişəsinin həlli üzrə "yol xəritəsi"ni görmək istəyir: "Bizə bu münaqişənin başa çatması yollarını müəyyən etməyə imkan verəcək yol xəritəsini görmək lazımdır".
.