ABŞ Venesuela neftinə ehtiyac duymur, lakin Vaşinqton Bolivar Respublikasının neft sənayesinin ABŞ hakimiyyətinə qarşı olan qüvvələrin nəzarətinə keçməsinə yol verə bilməz.

Bu bəyanatla ABŞ dövlət katibi Marko Rubio çıxış edib.

“Bizə Venesuela nefti lazım deyil. ABŞ-da kifayət qədər neft var. Amma Venesuelanın neft sənayesinin ABŞ-ın rəqibləri tərəfindən idarə olunmasına icazə verməyəcəyik”, – deyə Rubio "NBC News" telekanalına müsahibəsində bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ Venesuela neftindən əldə olunan gəlirlərin “Venesuela xalqının rifahı naminə” istifadə olunmasını istəyir.

.