
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton administrasiyası indi Rusiyanın Ukrayna münaqişəsinin nizamlanması üçün hansı şərtlərlə razılaşmağa hazır olduğunu daha dəqiq anlayır.
Bu barədə o, "Fox Business" telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, biz artıq Rusiyanın müharibəni hansı şərtlərlə dayandırmağa hazır olduğunu daha yaxşı başa düşürük,” – deyə Rübio qeyd edib. “İndi bu şərtləri ukraynalıların və Avropadakı müttəfiqlərimizin mövqeyi ilə, amma ilk növbədə, əlbəttə ki, Ukraynanın özü ilə müqayisə etmək qalır,” – deyə o əlavə edib.