
Müğənni Roza Zərgərli Qırğızıstanda keçiriləcək ikinci "Meykin-Asiya” beynəlxalq festivalına fəxri münsif üzv qismində dəvət alıb. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, festivalın təşkilatçılar komitəsinin üzvləri sırasında məmurlar, mədəniyyət xadimləri yer alıb.
Festivalda Azərbaycanın, Türkiyənin, Rusiyanın, Cənubi Koreyanın, Çinin və Yaponiyanın təmsilçiləri iştirak edəcək. Ölkə təmsilçimiz yaxın zamanda məlum olacaq.
İfaçı onu da əlavə edib ki, sonda festival onun ifası ilə yekunlaşacaq..