
Müğənni Elnarə Xəlilova onu Röya ilə müqayisə edənlərə cavab verib.
AzNews.az xəbər verir ki, o, Röya ilə aralarında yerlə-göy qədər fərq olduğunu bildirib: "Başın yekə olması onun içindəki beynin çox olmasına dəlalət edir. Allahıma çox şükür, fərqimiz budur. Əgər bu 10 ildə boşanmamışamsa bundan sonra da qəti qorxusu yoxdur. Bir yerdə keçirdiyimiz o qədər pulsuz vaxtlarımız olub ki. Röya ilə məni müqayisə eləmək lazım deyil. Aramızda yerlə göy qədər fərq var”.
E.Xəlilova insanı xoşbəxt edən faktorları açıqlayıb:
"İnsana xoşbəxt olması üçün nə lazım ola bilər? Gözəl ev, bahalı maşın, daş-qaş, geyimlər, yaxşı şərait, çoxlu pul. Bunlar hamısı insanı xoşbəxt edən amillərdir. Amma, məsələn, sən sağalmaz xəstəliyə tutulmusansa, yuxarıda sadaladıqlarımın heç biri səni xoşbəxt edə bilməz. Və yaxud, bivec və fərsiz bir övladın varsa, hansı ki, sən heç cürə keçə bilmirsən səni yenə də var-dövlət sevindirə bilməz. Yaxud çox sevdiyin və doğma hesab etdiyin biri sənə xəyanət edirsə, onda heç nəyin sənin gözündə dəyəri qalmır. Uzun sözün qısası, əsl xoşbəxtlik əslində pulla alına bilməyənlərdir. Xoşbəxtlik bütün sevdiklərin sağ-salamat sənin yanında olanda olur. Ən böyük səadət övladlarının gözünün içinə qürurla baxa bilməkdi, şərəflə, ismətlə, alnıaçıq ömür sürməkdir. Heç kəsin haqqını yemədən, qəlbini qırmadan, şər atmadan. Yalnız bundan sonra həqiqətən demək olar ki, mən xoşbəxtəm”.