Əməkdar artist Röya Ayxan Qazaxıstanın Almatı şəhərində keçirilən "Star of Asia" adlı musiqi festivalında iştirak edib.

Festival çərçivəsində sevilən mahnılarını səsləndirən ifaçını 8 ukraynalı rəqqasə müşayiət edib.

Qeyd edək ki, festivalda Yaponiya, Koreya, Türkiyə, Çin və Azərbaycan olmaqla 5 ölkənin nümayəndəsi iştirak edib. Azərbaycan üzrə festivalın koordinatoru isə prodüser Tarix Əliyev olub.(Publika)

.