Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Yenizaman.az-ın məlumatına görə, əməkdar artist adı alan tanınmışlar arasında müğənni Röya Ayxanın adı yer alıb.

Qeyd edək ki, R.Ayxan ilk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Daha sonra isə solo fəaliyyətə başlayıb.
.