
Neftin dünya qiymətlərinin qısamüddətli azalmasının ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) gəlirlərinin illik göstəricilərinə təsiri barədə danışmaq olmaz.
"Trend" xəbər verir ki, bunu jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev neftin qiymətlərinin azalması və bu prosesin şirkətin gəlirlərinə təsiri məsələsini şərh edərkən deyib.
R.Abdullayev qeyd edib ki, vəziyyət normaldır və bu proseslər həmişə proqnozlarda nəzərə alınır.
Qeyd edək ki, ötən həftə Yaxın Şərqdə münaqişənin gərginləşəcəyi ilə bağlı gözləntilər fonunda London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 97 dollaradək aşağı düşüb.
Dünya bazarında artıq ardıcıl olaraq 3 aydır ki, neftin qiyməti azalır. Ekspertlərin fikrincə, bir-iki aydan sonra dünya bazarında neftin bir barrelinin qiyməti 85 dollaradək enə bilər.
Onu da qeyd edək ki, 2013-cü ilin yekunları üzrə ARDNŞ-in neft satışından gəlirləri 25,32 milyard manat təşkil edib. 2012-ci ilin yekunları üzrə isə bu göstərici 10,13 milyard manata yaxın olub.
.