Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq komissiyasının Bakıda keçirilən iclasında deyib ki, Qərb Moskva ilə Bakını bir-birinə yaxınlaşdırdı.
"Rusiya və Azərbaycan Qərbin antirusiya sanksiyalarına görə bir-birinə daha yaxın oldular” - deyə baş nazirin müavini bildirib.
Virtualaz.org saytının xəbərinə görə, D.Roqozin deyib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi tarixi maksimuma - 3,6 milyard dollara çatıb: "Bu da iki ölkənin daha sıx birləşdiyini göstərir. Bu ilin siyasi hadisələrinə görə Rusiya iqtisadiyyatlnın hazırda yaşadığı sınaq dövrü sözün əsl mənasında Azərbaycan və Rusiyanı sıx birləşdirir. İdxal siyasətinə yenidən baxılması çərçivəsində Azərbaycan məhsulları Rusiya bazarına daxil olur, bu məhsullara tələbat var”.
Baş nazirin müavininin fikrincə, bu gün iqtisadiyyatın müxtəlif sahələrinə aid birgə müəssisələrin yaradılmasının vaxtı çatıb.
D.Roqozin əlavə edib ki, Rusiya və Azərbaycanın bazarlarının balanslaşdırılması zəruridir: "Hazırda Rusiyanın qarşısında sanksiyalar siyahısına düşən mal və məhsulların əvəzlənməsi məsələsi kəskin dayanır. Bizim ən başlıca vəzifəmiz odur ki, bazarları kifayət qədər məhsulla təmin edək və kənd təsərrüfatı məhsullarının qiymətinin artmasna yol verməyək. Ancaq Rusiya bazarında Azərbaycan məhsullarına tələbat sizdə də qiymət artımına səbəb ola bilər. Bilirsiniz, uğurdan baş necə gicəllənir. Biz maksimal ehtiyatlı və təmkinli olmalıyıq ki, sizin əhaliniz də istehsalçıların bu həddən artıq yaxşı əhval-ruhiyyəsindən zərər çəkməsin”.

***

Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana gəlib. D.Roqozin Bakıda ikigünlük səfərdə olacaq. Onu ölkə prezidenti İlham Əliyev də qəbul edəcək.
Bu barədə "Novosti-Azərbaycan” xəbər verir ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfəri zamanı həmçinin digər dövlət rəsmiləri ilə də görüşləri olacaq.
.