Koronavirusa görə İtaliyada çempionatın təxirə salınmasından sonra Portuqaliyaya gedən Kriştianu Ronaldu şəxsi təyyarəsi Madriddə qaldığı üçün geri qayıda bilmir.
Bu barədə Portuqaliyanın “TV1” telekanalı məlumat yayıb.
K.Ronaldunun 35 milyon avroluq təyyarəsi üç dəfə havaya qalxmaq üçün icazə istəsə də, İspaniya rəsmiləri uçuşa icazə verməyib. Bu səbəbdən ulduz futbolçu artıq 50 gündən çoxdur ki, Madeyra şəhərini tərk edə bilmir.
Qeyd edək ki, “Yuventus”un ulduzu İtaliyaya qayıtdıqdan sonra 14 gün ərzində karantində qalmalıdır.
.