Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ilə 2 illik müqavilə imzalayan Kriştianu Ronaldunun sözləşməsinə Çempionlar Liqasında (ÇL) oynaması ilə bağlı bənd salınıb.
“Marca” nəşri xəbər verir ki, Portuqaliya millisinin futbolçusu ÇL-də çıxış etmək üçün yayda yenidən Avropaya qayıda bilər.
Çünki müqavilədə yer alan maddəyə əsasən, İngiltərə təmsilçsi “Nyukasl” qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazansa, 38 yaşlı hücumçu mövsümün sonunda adıçəkilən komandaya icarəyə verilə bilər.
Qeyd edək ki, “Nyukasl” və “Əl Nəsr” eyni investisiya fondu olan Səudiyyə Ərəbistanının İctimai İnvestisiyasına məxsusdur. İngiltərə təmsilçisi hazırda Premyer Liqada turnir cədvəlinin 3-cü pilləsində yer alır.
.