Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İspaniya "Real Madrid"inin Valdebebasedəki bazasında məşq edir.
"Relevo" portalı xəbər verir ki, hazırda klubsuz olan 37 yaşlı hücumçu formasını qorumaq üçün bu addımı atıb.
İddiaya görə, "kral klubu" öz bazasını sabiq forvardının sərəncamına versə də, onun xidmətində maraqlı deyil.
Qeyd edək ki, Kriştianu Ronaldu 2009 - 2018-ci illərdə "Real Madrid"inin şərəfini qoruyub. Təcrübəli futbolçunun son klubu isə İngiltərə "Mançester Yunayted"i olub. O, Qətərdə keçirilən dünya çempionatının startından öncə "qırmızı şeytanlar"la yollarını ayırıb.

.