"Azarkeşlərin tribunalardan fitə basmalarını sevirəm. Bu, məni daha da motivasiya edir". 

Bu fikirləri İtaliya "Yuventus"unda çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İsveçi səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra "Record"a açıqlamasında deyib. 

35 yaşlı hücumçu matçların azarkeşsiz keçirilməsinə toxunub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarlarının önəmli olduğunu sözlərinə əlavə edib: "ÜST azarkeşləri qəbul etməklə bağlı şəraitin olmadığını deyirsə, deməli, belədir. Sağlamlıq və insanların həyatı birinci yerdədir. Ancaq tribunalarda azarkeşsiz oynamaq - sirkə getmək və orada klounları görməmək kimi bir şeydir". 

Qeyd edək ki, qarşılaşmada dubl edən Kriştianu Ronaldu vurduğu birinci qolla milli komandalarda 100-cü qola çatan ikinci futbolçu olub. Ronaldu bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən geri qalır. Veteran futbolçunun aktivində 109 qol var.

.