Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu daha bir dünya rekorduna imza atıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yaydığı məlumata görə, o, milli çempionatlarda ən çox qol vuran futbolçu adına yiyələnib.
38 yaşlı hücumçu buna “Əş-Şabab”a 4:0 hesabı ilə qalib gəldikləri Səudiyyə Ərəbistanı çempionatının IV tur matçında dubl etməklə nail olub.
Bu, Ronaldunun milli çempionatlarda 516 və 517-ci qolları olub. Portuqaliya millisinin üzvü hərəyə 515 dəfə fərqlənən Yozef Bitsan və Ferents Puşkaşı geridə qoyub.
.