"Real Madrid" klubunun şərəfini qoruyan ulduz futbolçu Kriştiano Ronaldo sevgilisi Georgina Rodrigezin 23-cü doğum gününü qeyd edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük Madriddə romantik bir axşam yeməyi yeyib.

İkili restorandan çıxarkən görüntülənib.

Qeyd edək ki, 5 illik münasibətdən sonra rus model İrina Şeykdən ayrılan Ronaldo yeni sevgilisini ilk dəfə rəsmi olaraq "FİFA-2016"nın mükafatlandırma  mərasimində ictimaiyyətə təqdim etmişdi.








.