
"Real Madrid"in ulduzu Kriştiano Ronaldo bir neçə aydır sevgi münasibəti yaşadığı Dezire Korderodan ayrılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ayrılığa səbəb kimi tərəflərin münasibətlərini gizlətmək mövzusunda anlaşa bilməmələri olub.
Belə ki, "Kainat gözəli-2014"də İspaniyanı təmsil edən 23 yaşlı Dezire məşhurlaşmaq məqsədilə futbolçudan istifadə edib. O, şəxsi karyerasında irəliləmək üçün Ronaldonun adını çox hallandırırmış. Futbolçu isə onun mediaya bu qədər açıq olmasından və tez-tez münasibətlərindən danışmasından narahatlıq keçirib.
Sonuncu mübahisələrindən sonra isə sevgililər ayrılıblar.
Xatırladaq ki, rus model İrina Şeykdən ayrıldıqdan sonra K.Ronaldonun adı onlarla məşhur qadınla yanaşı çəkilib.
