İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Mançesterdə 4 ulduzlu otel inşa edəcək. 

Bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, şəhərin biznes mərkəzində tikiləcək obyektin inşasına 30 milyon avrodan çox pul xərclənəcək.

O da qeyd olunur ki, otelin 2023-cü ildə açılması planlaşdırılır. Otel 151 otaqdan ibarət olacaq. 

.