Braziliya millisinin sabiq futbolçusu Ronaldo 500 km-lik velosiped yürüşünə çıxıb.

 "The Guardian" nəşrixəbər verir ki, 46 yaşlı keçmiş hücumçu "Valyadolid"in İspaniya La Liqasına yüksəlməsi səbəbindən bu addımı atıb.

2018-ci ildən klub səhmlərinin 51 faizinə sahib olan funksioner açıqlamasında vədinə sadiq qaldığını bildirib: "Qaça bilməyəcəyim üçün bunu velosipedlə edəcəyəm. Fiziki cəhətdən əziyyət çəkəcəyimi bilirəm. Amma mənim üçün unudulmaz təcrübə olacaq".

Qeyd edək ki, Ronaldo 1994 və 2022-ci illərdə Braziliya yığması ilə dünya çempionu olub.

.