Adı son vaxtlar Türkiyənin Superliqa klubu olan "Antalyaspor”la yanaşı hallanan Ronaldinyonun yeni komandası məlum olub.
Publika.az xəbər verir ki, "Qızıl top”un ikiqat qalibi vətənində - Braziliyada top qovacaq. 35 yaşlı "sambaçı” Braziliyanın "Fluminense” klubu ilə müqavilə bağlayıb.
"Fluminense”ylə 2016-cı ilin sonuna kimi müqavilə bağlayan Ronaldinyonun aylıq gəliri 170 min avro olacaq. Forma satışından da təxminən 60 min avro qazancı olacaq ulduz futbolçunun illik gəliri 2 milyon 760 min avro təşkil edəcək.
"Qremio”, "Atletiko Mineyro” və "Flamenqo”dan sonra "Fluminense” Ronaldinyonun karyerasındakı dördüncü Braziliya klubu olacaq.

.