Roman Abramoviç sahibi olduğu “Çelsi”nin idarəçiliyindən kənarlaşdırılıb.

Bu barədə qərarı İngiltərə Premyer Liqası verib.

Qurumun bəyanatında bu addımın sanksiyalarla bağlılığı qeyd olunub: “Böyük Britaniya hökumətinin sanksiyalarından sonra Premyer Liqanın şurası Roman Abramoviçi “Çelsi”nin rəhbəri vəzifəsindən azad edib”.

Qeyd edək ki, 27 oyunda 56 xal toplayan “Çelsi” turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

.