Roma polisi Papanın xütbəsinə mətbəx bıçağı gətirmək istəyən şəxsi saxlayıb.

Silahlı şəxs Vatikanda Müqəddəs Pyotr meydanının girişində aşkarlanıb. Həbs edilən zaman o müqavimət göstərib. İlkin məlumata görə, saxlanılan şəxs adekvat vəziyyətdə olub və psixi problemlərdən əziyyət çəkməyib.

Vatikan jandarmeriyasının hesablamalarına görə, bazar günü Roma Papasının xütbəsini dinləmək üçün Apostol Sarayı qarşısında 20 min insan toplaşıb.

Mənbə: lenta.ru

.