Roma Papasına Boliviyada qəribə xaç hədiyyə olunub.

Atv.az newsru.co.il-ə istinadən bildirir ki, Boliviyada səfərdə olan Roma Papasına Boliviya prezidenti Evo Morales oraq və çəkicin üzərində əks olunmuş xaç hədiyyə edib. Bir çox şəbəkə saytlarında Boliviya prezidentinin Roma Papasına etdiyi hədiyyə qınanılıb və uzun müddət bütün dini cərəyanlarla mübarizə aparan kommunist-ateistlərin simvolu olan çəkic və oraqın xaçla birləşdirilməsinin düzgün olmadığı vurğulanıb. Eyni zamanda Boliviya hökuməti Roma Papasına edilən hədiyyənin heç də siyasi xarakter daşımadığını, tam əksinə bunun Roma Papası Fransiskin kasıbların atası olduğunu simvolizə etdiyi bildirilib.
.