Roma Papası Fransisk Rusiyaya səfər etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə İtaliyanın Ansa informasiya agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Papa Fransisk Kiprə və Yunanıstana apostol səfərindən qayıdan zaman təyyarədə keçirdiyi mətbuat konfransında Rusiyaya səfər etməyə hazır olduğunu və Moskva və bütün Rusiyanın Patriarxı Kirillə yeni görüşü üçün Rusiya Pravoslav Kilsəsinin xarici kilsə əlaqələri şöbəsinin rəhbəri Mitropolit İlarion Volokolamskiy ilə tezliklə müzakirə aparmaq niyyətində olduğunu bəyan edib.

"Düşünürəm ki, gələn həftə Patriarx Kirillə mümkün görüşü razılaşdırmaq üçün Mitropolit İlarion mənim yanıma gələcək. Mən hər zaman Moskvaya getməyə hazıram. Qardaşımla dialoq aparmaq üçün protokol lazım deyil, qardaş qardaşdır”, - deyə Roma Papası vurğulayıb.

.