Roma Papası I Fransisk Avropa ölkələrində səfərdə olan ABŞ-ın Dövlət katibi Mayk Pompeonu qəbul etməyəcək.

Bunu Vatikanın diplomatik xidmətinin rəhbəri, arxiyepiskop Pol Riçard Qallaher deyib.

Onun sözlərinə görə, Roma papasının M.Pompeo ilə görüşü ABŞ-da prezident seçkiləri ərəfəsində seçkiqabağı kampaniya ilə əlaqədar məqsədəuyğun hesab olunmayıb.

Qeyd edək ki, Mayk Pompeo Avropa ölkələrinə səfərləri çərçivəsində bu gün Romaya gedib.

.