
Almaniyanın "Volkswagen” avtomobil konsernində faciəvi hadisə baş verib.
İKT.lent.az-ın "The Financial Times”a istinadən məlumatına görə, sənaye robotu müəssisənin 21 yaşlı işçisini tutaraq, demək olar ki, onu metal platin boyu əzib. Xəsarət alan şəxsi xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. "Volkswagen AG”in mətbuat katibi Heyer Helviq bildirib ki, ilkin ehtimallara görə, fəhlənin ölümünə səbəb insan səhvi olub. Fəhlə robotu quraşdırarkən təhlükəsizlik qaydalarına uyğun olaraq metal qəfəsin içində olub. Onun qəfəsin çölündə olan həmkarı isə heç bir zədə almayıb. H.Helviq deyib ki, qatil-robot metal emal edən maşınların daha əvvəlki nəslinə aiddir. Yeni nəslin analoji işləri daha asan konstruksiyaya malikdir və onlara istehsal xəttində "təhlükəsizlik qəfəsi” olmadan belə insanlarla birgə işləməyə icazə verilib.
.