
Türkiyənin "Sivasspor” futbol klubu braziliyalı baş məşqçi Roberto Karlosla yolları ayırıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə,
klub rəhbərliyi uğursuz nəticələrə görə baş məşqçinin məsuliyyət daşıdığını bildirib və onun istefasını qəbul edib. Beləliklə klubun son iclasında Roberto
Karlosun müqaviləsinə xitam verilib.
"Sivasspor” hazırda Türkiyə çempionatında turnir cədvəlinin son pillələrindən birini tutur.
Qeyd edək ki, əfsanəvi braziliyalı futbolçulardan olan Roberto Karlos 2013-cü ildən "Sivasspor"u çalışdırırdı.
.