Fransanın "France Football" jurnalı İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovskiyə 2020-ci il üçün "Qızıl top" mükafatını təqdim etməyi düşünür.

Yenizaman "Diario Sport"a istinadən xəbər verir ki, nəşrin rəhbərliyi ictimaiyyət qarşısında nüfuzunu itirməmək üçün bu addımı atmaq imkanını nəzərdən keçirir.

Qeyd edək ki, 1956-cı ildən təqdim edilən "Qızıl top" 2020-ci ildə verilməyib. Buna koronavirus pandemiyası səbəb olub. Həmin vaxt "Bavariya"da çıxış edən Levandovski 47 matçda 55 qol vuraraq fenomenal mövsüm keçirib. Polşalı forvard bu titul üçün əsas iddiaçı hesab edilib. Növbəti il ​​o, yenidən mükafat uğrunda ciddi mübarizə aparsa da, səsvermədə Lionel Messiyə uduzub.

.