
Məşhur müğənni Rihannanın rəqqasəsi Shirlene Quigley itkin düşüb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə Nyu-Cersidə görünən 32 yaşlı sənətçi həmin gündən yoxa çıxıb. Bu haqda Rihanna instaqramda yazıb: "Gözəl insan, köhnə rəqqasəm yoxa çıxıb. Onu sevən hər kəs üçün bunun nə qədər ağır olduğunu düşünürəm, ürəyim ağrıyır. Əgər onun harada olduğunu bilirsinizsə, xahiş edirik, polis departamentinə bildirin”.
Gənc rəqqasənin axtarışı davam edir.