Son günlər həmkarı Dreyklə yaşadığı sevgiylə gündəmə gələn müğənni Rihanna "CR Fashion Book" jurnalı üçün kamera qarşısına keçib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Fransa kraliçası Marie Antionettenin obrazına bürünən ifaçının fotolarını Terri Riçardson çəkib.

28 yaşlı barbadoslu sənətçi libası, makiyajı, aksesuarları ilə "moda dünyasının kraliçası" olduğunu bir daha sübut edib. Fotolardan birində sinəsini açan müğənnin hərəkəti maraqla qarşılanıb.




.