
Ekran işində yeni texnologiyadan istifadə olunub. Rihanna "Sledgehammer” adlı mahnıya çəkilmiş yeni klipini təqdim edib. Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Çarx tamamən "İMAX” kameraları ilə çəkilmiş ilk musiqili videodan ibarətdir. "Bu inqilabi texnologiyanı tamamilə yeni ərazini kəşf etmək üçün istifadə etmək olar. Arzu gerçək oldu”, - deyə klipin rejissoru Floriya Siqizmondi bildirib.
Xatırladaq ki, mahnı "Startrek: Sonsuzluq” filminin saundrekti olub.