ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Füzuli rayonu istiqamətində atəşkəs rejiminin pozulması faktına münasibət bildirib.
APA-nın xəbərinə görə, səfir hadisə barədə məlumata malik olmadığını söyləyib: "Fikrimcə, hər bir ölüm və ölümlə nəticələnən hadisə faciədir. Bu hadisə bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır”.
R. Morninqstar atəşkəs dövründə itkilərin baş verməsindən çox məyus olduqlarını deyib: "Mən dərk edirəm ki, bu, Azərbaycan üçün böyük ağrıdır. Biz münaqişənin həllinə nail olmaq üçün əlimizdən gələni etməliyik. Bu münaqişəni sülh yolu ilə həll etməyimiz çox vacibdir. Azərbaycan və Ermənistan prezidentləri də bu məsələ öz sözlərini deməlidir. Sülh müqaviləsinə nail olmaq üçün biz bu sahədə işləməliyik”.
.
