Amerikalı yazıçı, ABŞ prezidenti Ronald Reyqanın SSRİ üzrə keçmiş müşaviri Syuzan Massi Rusiya vətəndaşlığını qəbul edib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd edək ki, 2021-ci ilin mayında Massi Rusiya prezidentindən ona Rusiya vətəndaşlığının verilməsini istəyib. Eyni zamanda, o, ABŞ-da belə bir addıma görə onun satqın adlandırılacağını bildirib.

Reyqanın keçmiş müşaviri, həmçinin, qeyd edib ki, rus və amerikalı xalqların yaxınlaşması istiqamətində fəaliyyətini davam etdirmək üçün Rusiyada qalmalıdır.

Xatırladaq ki, Syuzan Massi İsveçrə diplomatının qızıdır. Nyu-Yorkda anadan olub, ABŞ-ın nüfuzlu “Vassar” qadın kollecini bitirib.

Massi 1980-ci illərin ortalarından Ronald Reyqanla işləyib. "Soyuq müharibəni dayandıran qadın" ləqəbini almış Massi prezidentin Sovet İttifaqı üzrə müşaviri idi. 1985-ci ildən 1997-ci ilə qədər Massi Harvard Rus Tədqiqat Mərkəzində elmi işçi kimi çalışıb, həmçinin, İnsan Haqqları üzrə Beynəlxalq Liqanın idarə heyətində fəaliyyət göstərib.

.