Rusiya prezidenti Vladimir Putin noyabrın 15-də Balidə başlayacaq G20 forumunda şəxsən iştirak etməyəcək.

Bu barədə Reuters məlumat yayıb.

İndoneziya dənizçilik və investisiya məsələləri üzrə koordinasiya nazirinin sözçüsü Codi Mahardi bildirib ki, Cakarta görüşdə Rusiya tərəfinin nümayəndəsi qismində Rusiya xarici işlər naziri Sergey Lavrovu gözləyir.

Onun sözlərinə görə, G2 sammiti çərçivəsində Putinin forum görüşlərinin birində onlayn çıxışı gözlənilir.

.