"Məhəmməd Əmin Rəsulzdənin Bakıda vaxtilə yaşadığı dördotaqlı şəxsi mənzilinin geri qaytarılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi ilə heç bir müzakirəmiz olmayıb”.
Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri Məhəmməd Əmin Rəsulzadənin Rəis Rəsulzadə onlara məxsus olan mülkün taleyi ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, M.Ə.Rəsulzadənin ev müzeyinin yaradılması ilə bağlı məsələni Mədəniyyət və Turizm Nazirliyi həll etməlidir.
"Rəsulzadənin ev muzeyinin yaradılmasını Mədəniyyət və Turizm Nazirliyindən soruşun. Bu haqda mənim heç bir məlumatım yoxdur. Bu indinin yox, 20 ilin məsələsidir. Birbaşa hökumətin işidir. Əsaslı cavabı onlar verməlidir”-deyə R.Rəsulzadə vurğulayıb.
Qeyd edək ki, M.Ə. Rəsulzadə Bakı şəhəri Nizami küçəsi-59 ünvanında yerləşən dördotaqlı mənzilinə vaxtilə həyat yoldaşı Ümbülbanu xanımla evləndikdən sonra köçüb. O, Azərbaycan Xalq Cümhuriyyətinin suqutuna qədər bu evdə yaşayıb. Mənzilin sənədləri hazırda onun nəvəsi Rəis Rəsulzadədir.
Hazırda bu mənzildə əcnəbi şirkətlər ofis kimi istifadə edirlər.
Bildirək ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin, Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.
Bir neçə gün əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı açıqlanıb.
.
