Eks-spiker Rəsul Quliyev baş nazirin sabiq birinci müavini Abbas Abbasovla birgə Azərbaycanda yeni partiya yaratması barədə məsələyə aydınlıq gətirib. R.QuliyevModern.az saytına açıqlamasında belə bir addımın atılmadığını bildirib və deyilənləri fantastik yalan adlandırıb.
"Bu, heç bir gələcəyi olmayan belə fantastik iddialardır. Başqa nəsə demək istəmirəm”,-deyə keçmiş spiker söyləyib.
Qeyd edək ki, "Yeni Müsavat” qəzeti R.Quliyevin "AzerRoss”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovla birlikdə Azərbaycanda gizli şəkildə siyasi partiya yaratması barədə məlumat yayıb. Məlumata görə Gələcək Azərbaycan Partiyası adlanan yeni təşkilatın idarə heyətinin may ayının 14-də iclası olub və R.Quliyevlə A.Abbasov da toplantıya "skayp” vasitəsi ilə qatılıblar.
.
