Bakıda restoranda ölüm hadisəsi baş verib.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə S.S.Axundov küçəsi, 6 ünvanında yerləşən "Zümrüd” restoranında qeydə alınıb.

Restorana gələn müştəri, 1962-ci il təvəllüdlü Vaqif Həsən oğlu Həsənzadə qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
.