Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlıq baxımından mühüm məsələlər müzakirə olunub.

Bunu Gürcüstan xairici işlər nazirinin birinci müavini Laşa Darsalia jurnalistlərə açıqlamasında deyib.

“Səfər boyu hökm sürən çox müsbət atmosferi qeyd etmək istərdim ki, bu da Gürcüstan və Azərbaycanın bir-biri ilə xüsusi, strateji münasibətlərə malik olduğunu bir daha vurğulayır. Görüşlərdə, xüsusən də Prezident İlham Əliyevlə görüşlərdə ikitərəfli əməkdaşlıq, o cümlədən regional əməkdaşlıq baxımından mühüm məsələlər, eləcə də dünyada baş verən cari hadisələr müzakirə olundu.

Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın Qara dəniz və Azərbaycan kontekstində nə qədər əhəmiyyətli olduğu bir daha vurğulandı. Bu əməkdaşlıq Şərq-Qərb əlaqəsi kontekstində həm bütövlükdə regionda, həm də daha geniş regional kontekstdə əməkdaşlıq üçün fundamental və əsasdır”, - Darsalia bildirib.

.