
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketi Rusiyanın energetika sektorunu əhatə edəcək.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Info” telekanalının efirində bildirib.
"16-cı sanksiya paketi əsasən Rusiyanın enerji resurslarını əhatə edəcək", - o qeyd edib.
Nazirin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər həmçinin "sanksiyalardan yayınmağa kömək edən ölkələrdəki bir sıra oyunçulardan" da yan keçməyəcək.
Daha əvvəl Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu bildirmişdi ki, Moskvaya qarşı energetika sahəsində sanksiyaların tətbiqi Brüsselin Rusiya resurslarından asılılıqdan xilas olmaq strategiyasına uyğundur.
.