
Bu gün səhər Ukrayna Silahlı Qüvvələri HIMARS raketləri ilə Sudja qaz ölçmə stansiyasına iki dəfə zərbə endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raket zərbəsi nəticəsində qaz ölçmə stansiyası faktiki olaraq məhv edilib.
"Həmçinin bu gün Ukrayna PUA-larla Saratov Neft Emalı Zavoduna hücum etməyə cəhd edib, 19 dron vurulub.
Ukrayna Silahlı Qüvvələrinin artilleriya atəşinə tutulması səbəbindən cümə axşamı Belqorod vilayətində elektrik enerjisi kəsilib", - Rusiya MN-nin məlumatında qeyd olunub.
Hərbi nazirlik Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı bəyanatlarını cəbhənin dağılmasının qarşısını almaq və Avropanın köməyi ilə hərbi potensialı bərpa etmək üçün hiylə adlandırıb.
.