
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın dünənki bəyanatlarını Moskvanın ünvanına dekorativ ultimatum adlandırıb.
Medvedev Rusiyanın Trampın bəyanatının fərqinə belə varmadığını bildirib.
"Tramp Kremlə dekorativ ultimatum verib. Dünya bunun nəticələrini gözləyərkən diksinib. Müharibə tərəfdarı Avropa İttifaqı məyusdur. Rusiya bunu hiss etmədi",-Medvedev yazıb.
Qeyd edək ki, bu, Moskvanın Trampın dünənki bəyanatlarına ilk rəsmi reaksiyasıdır.
.