
Putinin moratorium çərçivəsində Ukraynanın enerji obyektlərinə zərbələrin endirilməsini qadağan edən əmri qüvvədədir.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu əmr Rusiya hərbçiləri tərəfindən icra edilir.
Peskov Rusiyanın Ukrayna tərəfindən davamlı atəşə tutulması səbəbindən Ukraynanın enerji obyektlərinə zərbələrə qoyulan moratoriumun ləğv edilib-edilməyəcəyi ilə bağlı suala belə cavab verib: "Bəli, doğrudan da, martın 18-dən başlayaraq 30 günlük müvəqqəti moratorium qüvvədədir. Putinlə Tramp arasında məhz martın 18-də telefon danışığı olub. Prezident Tramp belə bir moratorium elan etməyi təklif etdi və Putin razılaşdı. Burada söhbət enerji sistemlərinə zərbələr endirilməsinə qoyulan qadağadan gedir. Amerika tərəfi ilə razılaşdırılan sənəddə beş bənddən ibarət siyahı qeyd olunub. Ona görə də martın 18-nə hesablanır. Mən ancaq dünən və srağagün dediklərimi təkrarlaya bilərəm, Putinin moratoriumla bağlı sərəncamı qüvvədədir və Silahlı Qüvvələrimiz tərəfindən icra olunur".
Kreml rəsmisi vurğulayıb ki, enerji obyektlərinə hücumlara moratorium irəliyə doğru yaxşı addımdır və bu yolla davam edilməlidir: "Enerji infrastrukturuna hücumlara moratoriuma qeyd-şərtsiz riayət edilməlidir".
Kreml Qaqauziya rəhbərinin saxlanmasına münasibət bildirib
Kreml Qaqauziya rəhbəri Yevgeniya Qutsulun saxlanmasına münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova hakimiyyətinin Maya Sandunun rəqiblərinə açıq təzyiq üsullarından istifadə etdiyini söyləyib.
Onun sözlərinə görə, Moldova hakimiyyəti siyasi plüralizm və demokratiya prinsiplərinə məhəl qoymamaq taktikasını seçib.
"Kreml Qaqauziyanın rəhbəri Qutsulu həbs edən Moldova hakimiyyətinin hərəkətlərini qınayıb. Kişinyov bu cür üsullardan imtina etməlidir", - deyə Putinin sözçüsü vurğulayıb.
.