
Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinin İranı ABŞ-la nüvə sazişini qəbul etməyə çağırdığı iddia edilən “Axios” nəşrinin məlumatını “çirkin siyasiləşdirilmiş kampaniya” adlandırıb.
Rusiya XİN Qərb mediasını “feyk” məlumatlar yaymaqda ittiham edib.
"Qərb mediası öz əsl mahiyyətini açıq şəkildə nümayiş etdirməkdə davam edir - siyasi elitaların, kəşfiyyat qurumlarının və qondarma dərin dövlətin əlində olan, heç bir üsuldan, o cümlədən birbaşa təxribatlardan və “feyk”lər yaratmaqdan çəkinməyən alətdir", - Rusiya XİN-nin bəyanatında bildirilib.
Qeyd olunub ki, bu məsələdə, o cümlədən İsrail və Amerikanın İran ərazisinə endirdiyi zərbələr kontekstində Rusiya Federasiyasının mövqeyi hamıya məlumdur: “Biz İranın nüvə proqramı ətrafında yaranmış böhranın istisnasız olaraq siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini ardıcıl və dəfələrlə vurğulamışıq və qarşılıqlı məqbul həll yollarının tapılmasına kömək etməyə hazır olduğumuzu bildirmişik”, - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
.