Kreml ifrat sağçı lider "Milli Birlik" partiyasının lideri Marin Le Penə verilən hökmlə bağlı vəziyyəti Fransanın daxili işi hesab edir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Le Pen barədə məhkəmə qərarı Fransanın demokratiyaya az arxalandığını göstərir.

"Amma ümumilikdə belə qənaətə gəlmək olar ki, Avropa siyasi proseslərdə getdikcə daha az demokratiyaya arxalanır. Avropa paytaxtları getdikcə daha çox demokratik normaları tapdalamaq yolu ilə gedir. Təbii ki, biz Fransanın daxili işlərinə qarışmaq istəmirik, bunu heç vaxt etməmişik və bu, Fransanın daxili işidir. Amma ümumilikdə, Avropa paytaxtları ilə bağlı apardığımız müşahidələr göstərir ki, onlar siyasi proses zamanı demokratiyanın hüdudlarından kənara çıxmaqdan çəkinmirlər", - Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, Fransa məhkəməsi ifrat sağçı lider "Milli Birlik" partiyasının lideri Marin Le Peni, iki il elektron qolbaq taxmaqla, dörd il həbs və 100 min avro cərimə cəzasına məhkum edib. O, həmçinin növbəti Prezident seçkilərində namizədliyini irəli sürməkdən, habelə 5 il siyasətlə məşğul olmaqdan məhrum edilib.

.