Rusiya ardıcıl olaraq Ermənistan və Türkiyənin tezliklə barışmasını dəstəkləyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə İrəvanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın danışıqlarının nəticələri haqqında danışarkən bildirib.

O qeyd edib ki, bu, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün vacib mesajlardan biridir: “Biz səyləri “3+3” platforması çərçivəsində də dəstəkləməyə hazırıq. Ankara ilə İrəvan arasında razılaşmalar hazırlanarkən yerlərdə reallıqların və qonşularımızın Cənubi Qafqazdakı maraqlarının nəzərə alınacağına ümid edirik”.
 

.