Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələr möhkəmlənir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya işgüzar səfəri ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 2021-ci ilin sonunda ticarət dövriyyəsi 3,4 milyard ABŞ dolları (2020-ci ilə nisbətən 16,1 faiz artım), Rusiya ixracı 2,3 milyard ABŞ dolları (artım 12 faiz), idxalı 1 milyard ABŞ dolları (artım 26,8 faiz) təşkil edib. Bu ilin yanvar-oktyabr ayları üçün ticarət dövriyyəsinin həcmi 3 mlrd dolları ötüb, keçən ilin müvafiq dövrü ilə müqayisədə artım 16% olub.

“2024-cü ilə qədər Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı, o cümlədən altı yol xəritəsi (ticarət, nəqliyyat infrastrukturu, yüksək texnologiyalı sənayelər, iqtisadiyyatın səmərəliliyinin artırılması, turizm, əməkdaşlıq innovativ inkişaf və rəqəmsal texnologiyalar sahəsində) ardıcıl olaraq həyata keçirilir.

Bu il aprelin 26-sında Bakıda Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası olduqca uğurlu keçirilib.

Rusiya və Azərbaycan parlamentariləri ənənəvi olaraq etibarlı əlaqələr saxlayırlar. Bu il sentyabrın 26-da Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycanda səfərdə olub. Bu il noyabrın 22-də Bakıda Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 18-ci iclası keçirilib.

Rusiya-Azərbaycan regionlararası əməkdaşlığının əhəmiyyəti artır. Rusiya Federasiyasının 80-ə yaxın subyekti bu işə cəlb olunub, onlardan 18-i Azərbaycanla ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilələr bağlayıb.

Rusiya-Azərbaycan regionlararası forumları bu sahədə birgə işlərə mühüm töhfə verir. Bu il noyabrın 18-də Bakıda “pandemiya” fasiləsindən sonra. 11-ci Rusiya-Azərbaycan Regionlararası Forumu uğurla keçirilib.

Ənənəvi olaraq Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir. Rusiya rəsmi Bakının rus dilinə və mədəniyyətinə diqqətli münasibətini yüksək qiymətləndirir. Biz azərbaycanlı dostlarımıza bu işdə, o cümlədən respublikada rus dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin hazırlanması, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsili üçün kvotaların artırılması məsələlərində lazımi köməklik göstərməyə hazırıq.

Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində iki ölkənin gəncləri arasında təmaslar ardıcıl olaraq gücləndirilir. Yazda Azərbaycanın Qusar rayonunda, payızda isə Nijni Novqorodda Rusiya və Azərbaycanın təşəbbüsü ilə gənclər forumları keçirilib.

Hazırda Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır ki, onlardan 1000-dən çoxu federal büdcə hesabınadır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox dövlət təqaüdü verilir. 2009-cu ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, 2015-ci ildən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı uğurla fəaliyyət göstərir. Müvafiq müqavilə-hüquqi baza sayəsində Rusiya diplomları Azərbaycanda, Azərbaycan diplomları isə Rusiyada tanınır. Ölkədə 340-a yaxın rus dilində tədris olunan məktəb, Azərbaycanın ali təhsil müəssisələrində rusdilli fakültələr fəaliyyət göstərir”, - deyə Rusiya XİN-dən bildirilib.

.